Kəndə traktor gəlir
I
Kənd boşalıb, kimsə yox,Kəndli buraxıb işi.Bir təpənin üstünəToplanır arvad-kişi.
Cütçü işə çıxmamış,Qoşmamışdır öküzün.Naxırçı da, çölçü də,Yollara tikmiş gözün.
Atlar işə çıxmamış,Qoşulmamış araba,Hər bucaqda görərsən,Şanayla dırmıq, yaba.
Dalğasız dəniz kimi,Gəlinlərin nehrəsi.Qarılar da evdə yox,Fırlanmayır cəhrəsi.
Hər kəsi gördüm, dedim,«Noldu? Nədir? Söylə bir!»Səslədi ki: «Durma, gəl,Kəndə traktor gəlir!»
Hər kəsdən qabaq gedir,Komsomollar dəstəsi,
Pionerlər lap qabaq,Gəlir baraban səsi.
Dağ-təpənin üstünə,Çökub oturmuş hamı.Hər kəsi görsən deyir:«Bu gün yoxsul bayramı».
II
Çömbək vurub əyləşib,Hər qayada bir gəlin.Cümlə uzatmış yola,Qarı, qoca əllərin.
Hamı birdən göstərir,Budur, gəldi traktor.Biri söylər: «Keç dala»,Biri deyər: «Kənar dur».
O biri söylər: «Bunu,Göndəriblər kolxoza,Zəhmətsiz, əziyyətsiz,Əkəcək pambıq, qoza.
Yerin bağrın yaracaq,Baxmayır quru, keşə,Bu elə bir şeydi ki,Gülür kavahın, xışa.
Cavanlar söylədi ki:«Bu hər bir şeydən ucuz,Traktor görən işi,Görə bilməz min öküz.
Baxın görər bir nə iş,Kollektiv təsərrüfat!İndi maşın durubdur,Burda nə öküz, nə at?
İndi nə öküz, nə at,Hakim deyil torpağa,Traktorlar lazımdır.Yeni məhsul almağa.»
Qocalardan bə’zisi,Barmaqları dişində,Deyirdi: «Yox şübhəmiz,Bolşevikin işində.
Hər biri bir cin kimi,Hər biri şeytan təkin,İndi də istər əkəAtsız, öküzsüz əkin.»
Molla dedi: «Az qalıb,İmamın zühuruna,Xərdəcəldür, xərdəcəl,Yaxşı baxın bir ona»
Hər yetən bir söz deyir,Orda bütün qalmağal,Şənlik edən, oynayan,Tar, balaban, çal-ha-hal!
III
Arxada durmuşdular,Bir neçə də qolçomaq,Bığlarını çeynəyir,Bomboz olub qaş-qabaq.
Kəblə Cəfər daima,Oynadır ağzın-gözün,Bilmiş idi çünki o,Məs’ələnin iç üzün.
Bir neçə gün çox fənaHiss edir idi özün.Çəkdi plan qazmağa,Rişəsini kolxozun.
Kəblə Cəfər sazlanıb,Evdə tutur tə’ziyə,Üç gecədir şeyx gəlibOrda deyir mə’vizə.
Mə’vizədə söyləyir:«Adətin hər kəs poza,
Öz işini boşlayıb,Daxil ola kolxoza
Bu işi icad edən,Sahibi iman deyil.Nüftəsi napakdırƏsil müsəlman deyil!
Qoyma əlindən yerə,Hər nə qoyubsa atan.Boşla traktor sözün,Varsa əgər xış, kotan.
İrs qoyub bizlərəBunları əcdadımız,Köhnə də olsa yenəVar bizim hər zadımız.
İndi deyirlər gərək,Torpaq ola müştərək,Bolşevik istər quraHər işə bir cür kələk.
Öldürələr bizləri,Ortaq olub əkmərik.Yoxsa deyərlər sabah,Hər zadın olsun şərik.
Burda mabada çaşıb,Kimsə yolun azdıra,Səhv edərək kolxoza,Əvvəl adın yazdıra.
Qoymayın etsin əsər,Kənddə o şeytan işi.Tək başına torpaq ək,Mal mala qatmaz kişi.
Düşmə yaxın bir kərəÖylə traktorlara,Sındıralar çarxların,Bir gecə allah-vara.
Kolxoz əkən buğdadan,Düşsə bura bircə dən,Olmayacaq, şübhəsiz,Cənnətə burdan gedən.»
IV
Kəblə Cəfər bir gecə,Saldı ələ fürsəti.Çaldı traktordakıHissələri xəlvəti.
Bir çuvala doldurub,Qoydu onu ambara.Söylədi: «Qurdum kələk,Muzdura, kolxozlara».
Bir neçə gündən sora,Kəndə yayıldı səda.Girməyəcək kolxoza,Fəqirlərdən maəda.
Və’də verib onlara,Pul-kredit şirkəti.Bu işə Köybirliyi,Vermiş əhəmiyyəti.
Başlayacaqdır işə,Təzə traktor yarın.Başlayacaq kolxozun,Sürməkə torpaqların.
Xalq yığılmış yenə,Qarşılasın bu işi.Fikri traktordadır,Müntəzir arvad-kişi.
Bayram edir, şadlanır,Firqəçi, həm bitərəf.Dalda durubdur fəqət,Bir neçə də bişərəf.
Kəblə Cəfər ortada,Yan-yörəsi qolçomaq,Bir-birinə söyləyir:«Səbr elə, övzaə bax!»
Nitq bitib, qurtarıb,Qalmamış artıq bir iş,İndi traktor gərək,Tərpənib etsin yarış.
Usta minib üstünə,Baxdı ki, bu elə bil,Kəndə şəhərdən gələnTəzə traktor deyil.
Düşdü, baxıb söylədi:«Makınalar işləmir,Kimsə çıxarmış bununHissələrin birbəbir».
V
Kəblə Cəfər qolçomaq,Kənd içinə saldı car.Yaydı traktor sözün,Qoymadı dükkan-bazar.
«Bolşevikin bir görün,Başladığı işlərin.Yox işinin axırı,Bu odu keçmişlərin.
Hər sözü bir cür kələk,Hər işi bir cür yalan.Kəndə nə lazım düşüb,Söylə, traktor-filan?
Göz boyamaz, şübhəsiz,Bir kişi bunlar kimi.Qoymur ola rəncbəri,Öz evinin sahibi.
Var öküzün, get yer ək,Yoxsa gedib muzdur ol!Bu iki şeydən savay,Qalmadı bir ayrı yol.
Molla deyirdi özüm,Eyləmişəm bəd dua.«Yatdı traktorları,Mö’cüzü gördünmü ya?
Allah özü qoymadı,Kəndə girə bid’əti.Nazil edib bir mələk,Etdi xarab xəlvəti.
Allaha tə’sir edib,Eylədiyim mə’vizə.Ərşdən enmiş mələk,Yardıma gəlmiş bizə.
Vermədi yol xaliqim,Fitnəyə, şeytanlığa.Qoymadı dəysin zərər,Köhnə müsəlmanlığa.
Xalqı yığıb məscidəMəsələni qandırın,Bir neçə ehsan verin,Bir neçə şam yandırın!
İndiyətək olmamış,Belə böyük mö’cüzə.Yoxsa traktor böyük,Ənkəl olardı bizə».
VI
Kəndi qaranlıq basıb,Axşam olub, gün batıb,Çınqırını yox çəkən,Səs kəsilib, el yatıb.
Pəncərələr bağlanıb,Söndürülüb lampalar.Parlamaz ulduz, nə də,Ay yerə nurun salar.
Qarşıda hər bir söyüd,Bir qara heykəl kimi,Yolda duran hər qaya,Bir əzəmət sahibi.
Yox hərəkətdən əsər,Bir yuxudur kainat.Bir gecədir, hər tərəf,Uyquya dalmış həyat.
Quş dəxi atmaz qanat,Öz yuvasından çölə,Qurbağalar da susub,Daşmı atılmış gölə?
Ancaq hürür bir köpək,Səsi düşür dağlara.Bəndi qırıb az qalır,Atsın özün talvara.
Hiss eləyirmi köpək,Burda bir insan məgər?Talvarın altındadır,İşçi qız, muzdur Səfər.
İşçi qıza dərdlərin,Nəql eləyirkən Səfər,Söylədi: «Bu arzumuz,Tutmadı baş, müxtəsər.
Mən hələ ki, muzduram,Sən də ki, qulluqçu qız,Harda həyat eylərik,Evlənə bilsək də biz?
İndi də quşlar kimiYox yatacaq bir yerim,Söylə nəyim var mənim,Harda sənə yer verim?
Kəblə Cəfər — qolçomaq,Rəhmi yox, insafı yox.Bir gecə də olsa biz,Yatmamışıq qarnı tox.
Elə düşündüm ki, mən,Kəndə traktor gələr,Mən girərəm kolxoza,İşləyərəm bir təhər.
Allam, aparram səni,Burda əsir olmarıq.Pul yığaram, axırı,Bir koma hazırlarıq.
Mən düşünürdüm bu gün,Arzuma olmuş əməl,Tez işi pozdu fəqət,Bircə nəfər düşmən əl.
Çaldı traktordakı,Bə’zi mühüm şeyləri,Mən özümü bilmirəm,Bir necə gündən bəri.
Dinmədi sakit durub,Fikrə gedib Gülçahan.Sonra gülüb söylədi:«Qəm yemə, səbr et. Dayan!
Gördüm odunluqda mən,Dün gecə bir çox dəmir.Durma gedək indicə,Onlara bax birbəbir.
Kim biləcək, al götür,Hansı gərəksə sizə.Kəblə Cəfər bilsə də,Söz deyə bilməz bizə».
VII
Yatmış ikən xalq hələ,Durdu yerindən Səfər.Səslədi muzdurları,Topladı beş-on nəfər.
Gəldilər ispalkomuEvdən oyandırdılar.Məsələni söyləyib,Hər işi qandırdılar.
Kəblə Cəfər — qolçomaq,Yatmış ikən bixəbər,Aldı odun ambarın,Ortaya muzdur Səfər.
Kəblə Cəfər diksinibQalxdı yerindən səsə,Qoymadılar salmağa,Üstünə bir əlbəsə.
Çaldığı alətləri,Arxasına çatdılar,Həbs edib ispalkomun,Təyləsinə qatdılar.
Düşdü traktor işə,Tutmadı baş mö’cüzə.Qolçomağın gəlmədi,Yardımına mö’vizə.
Yardım üçün gəlmədi,Bir daha göydən mələk,Məhv edilir qolçomaq,Zəhmət olur müştərək.
Dağlara əks eyləyir,İndi traktor səsi.Atdı div addımlarıSosializm ölkəsi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-kende-traktor-gelir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu gün hacının evindəki iclas çox uzun çəkdi. «Müsavat» partiyasının Bakıdakı rəhbərləri ingilislərə qarşı nə kimi əlaqə bəsləyəcəklərini müzakirə edirdilər. Bu barədə bir qərara gələ bilmədilər.«Müsavat»çıların bəziləri ingilisləri qarşılamaq, onları qəbul etmək üçün Bakı ruhanilərini Mərdəkandan çağırmağı qət etdilər. Digər bir qrup isə çəbhədə vəziyyəti düzəltmək üçün, daxildə üsyan etməyi məsləhət görürdü. Bu fikir ümumi səslə rədd edildi. Çünki «müsavat» partiyasının silahlı qüvvələri şəhərdən kənarda olduğundan və camaat «müsavat» partiyasına rəğbət bəsləmədiyindən şəhərdə silahlı üsyan düzəltmək mümkün deyildi.
XXI. Esterin romanıDoktor Araratyan ingilisləri istiqbal etdikdən sonra düz evinə qayıtdı. Ona nəştər vursaydın qanı çıxmazdı. Çünki ingilislərin Bakıya dəyərli bir qüvvə gətirməməsi üzündən bir çoxları onu hələ körpüdə ikən məzəmmət etməyə başlamışdı.Araratyan bir kərə Həmədana, ikinci dəfə Ənzəliyə gedərək ingilisləri Bakıya gətirmək üçün apardığı müzakirənin müvəffəqiyyətsizliyi ilə daşnaq və onlarla əməkdaşlıq edən menşeviklərin nifrətinə səbəb olmuş və tənqid edilmişdi. Buna görə də, doktor Araratyan üçüncü dəfə İrana getməyi və ingilis generalı Denster-Vil ilə danışmağı qət etmişdi. O, pilləkənləri yuxarı çıxaraq, zəngi basdı. Xidmətçi qapını açan kimi doktor bir dəstə kağız pul verərək xidmətçiyə dedi:
XXII. Generalın yanındaDoktor Araratyan qızı Esterlə bərabər Ənzəlidə quruya çıxarkən, 39-cu ingilis briqadasının kiçik bir hissəsi də Bakıya göndərilmək üçün gəmilərə otururdu.Araratyan yeni toplar və yeni zirehli avtomobillərin Bakıya göndərildiyini gördükdən sonra cibindən yazılı bir kağız çıxarıb çırdı. Bu kağız Araratyanın generala deyəcəyi sözlərin müxtəsər konspekti idi. Araratyan Bakıya göndərilən hərbi ləvazimatı gördükdə, öz-özünə:
XXIII. Yeni hökumətin siması«Müfəssəl deklarasiya dinləmək üçün vaxt olduqca azdır. Birləşmiş iclas Bakını müdafiə tədbirlərinin müzakirəsinə həsr edilməlidir.Tiq-Çonson
Стихи других поэтов
Qəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
Zahid, bu fəna mülkdə dövran sənin olsunZahid, bu fəna mülkdə dövran sənin olsun!Verdim sənə yeksər.
TürklərOl qoçaq iranlılar,Ol igit osmanlılar,