Miyanə dediyimizdə qare’lərimizin bir parasının xəyalına gələcək ki, xub, miyanə, yə’ni ortalıq. Xeyir.

Miyanə İranın Azərbaycan ilə Tehran arasında vaqe məşhur qədim bir şəhəridir. İki qit’ənin arasında vaqe olduğuna cəhət adını qoyublar Miyanə, yə’ni ortalıq.

Bu şəhərin mö’tədil havası, vəsih və xoşayənd mənzərəsi vardır. Ələlxüsus, bu şəhərin çox arif, çox həlim və xoş adamları vardır ki, hər kəsin üzünə baxıb o saatda bilirlər ki, nə hörmətə layiqdir və nə karın sahibidir. Belə ki, Mirzə Həsən ağa (əstəğfürulla, Təbriz müctəhidi) Təbrizdən qaçan vaxt ki, istəyir Tehrana getsin, lazım olur ki, haman Miyanə şəhərinin içindən keçsin. Miyanə ürəfa və danişməndanları baxəbər olaraq o saatda fəhm edirlər bu cənab nə tövr adamdır. Binaən əleyh çünki ağa müsibət övzali sayılır və Təbriz acısı hənuz dimağındadır. Lazım bilirlər ki, ağanı şadyanalıq ilə pişvaz etsinlər. Vaqe’də Miyanə camaatı çox arif adamlardır ki, hər kəsi öz şə’ninə layiq pişvaz edirlər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Siqətülislam

Mən hamıdan əvvəl Siqətülislamla görüşməklə maraqlanırdım. Onun nə məqsədlə inqilaba tərəfdar olduğun öyrənmək, doğrudan da, mənim üçün çox maraqlı bir iş idi.Mən Siqətülislamın məzhəb və təriqət mübarizəsində birincilik qazandığını, başına bir çox müridlər toplamaqla mirzə Həsən müctəhid kimi məşhur lotu ilə baş-başa vurduğunu bilirdim.

8 мин
İran mülkədarının evində

Bizi Hacı Əliqulu xanın qəbul otağına apardılar. Qardaşı oğlu Əsədulla xan əmisinin xəstə olduğunu və hazırda bizimlə görüşməyə gələcəyini xəbər verdi.Xan xüsusi otağından çıxdı. Çox yavaş-yavaş yeriyirdi. Bizimlə görüşdü. Xəstə olduğunu, hazırda həkimin ona morfi vurduğunu, yalnız bununla da hərəkət edə biləcəyini söylədi.

3 мин
Səttar xan

Biz saat üçdə Səttar xanın qapısında durmuşduq. Qapıçılardan biri icazə almaq üçün içəri getmişdi. Bir neçə dəqiqədən sonra icazə verildi.Səttar xan bizi görən kimi çox şadlandı. Birinci sözündə:

2 мин
Ninanın məktubu

Təbrizdə vəziyyət get-gedə dəyişirdi. Artıq Culfa–Təbriz yolu kəsilirdi. Hərbi İnqilab Şurasının iclasında yolun açılması qərarı çıxarıldı. Culfa inqilabçıların əlində idi. Müsəlləh qüvvənin başında Hafiz əfəndi dururdu.Hərbi İnqilab Şurasının Hafiz əfəndiyə verdiyi telefonoqram bu məzmunda idi: «Culfa qüvvətilə hərəkət edib Circirlari təmizlə!»

8 мин

Стихи других поэтов · Сатира