Munca cövr etdin mənə, namehribanlıqdan nə sud?Öldürəndən sonra, ey can, mehribanlıqdan nə sud?

Qəhrin ilən təlx keçdi çünki ömrüm dünyədə,Yaşım üzdən istəyibən, şadimanlıqdan nə sud.

Bilməzəm neçün durur düşmənliyin bu növilən,Lütfini göstərməyib, həm bu yamanlıqdan nə sud.

Çünki rəhmin yoxdurur, mən piri-eşqin halına,Bu cahan bağində, ey sərvim, cavanlıqdan nə sud.

Макта — последний бейт с тахаллусом поэта. Ey Xətai, dilbərin çün kim, cəfa eylər sənə,Bivəfa aləmdə böylə zindəganlıqdan nə sud.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви