Zərreyi-mehrində daim, ey cəmali-afitab,Əbr yüzündən götürgil dutmagil məndən hicab.

Dur dedim yarin köyündən, ey rəqibi-rusiyah,Xəstə bülbül var ikən neylər gülüstanda ğürab?

Ey gözü nərgiz, yüzü gültək, boyu sərvi-rəvan,Ta ki, səndən ayrı düşdüm, xəstəyəm halım xərab.

Cənnəti-vəslindən ey, canım məni dur eyləmə,Mən fəraqın atəşindən çəkmişəm dərdü əzab.

Макта — последний бейт с тахаллусом поэта. Bu Xətai həqqinə dayim dutubdur çox ümid.Aqibət rəhm eylə anə saəti-yovmülhesab.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке