Bulunca
Gəl öyüd verəyim, öyüd alırsan,Xidmət eylə genə gülü bulunca.Karvan gedər, sağın, geri qalırsan,Haman əldən qoyma yolu bulunca.
Öldürsə də, çıxmaz yoldan yol əri,Gerçəklərin əlindədir yuləri,Göründü, seyr eylə axan suları,Qarışır ümmana seli bulunca.
Arı oldun, hər çiçəkdən alırsan,Balın damızlığın qanda bulursan,Yetmiş min ayətə dəlil olursan,Anlayıb da bu dəlili bulunca.
Dinləyib də bu mə’nayi yazmalı,Hər kişi halınca quyu qazmalı,Yeddi padşahlıq yeri gəzməli,Halına münasib yeri bulunca.
Sil-süpür qəlbini, süddən bəyaz et,Öldür nəfisini, şeytandan arıt,Doxsan doqquz yerə çıxdı Bayəzid,Halına münasib yeri bulunca.
Şah Xətayim aydur: – Baxma bu halə,Könlümüzdə vardır bir ulu qala,Əlif gələ, ayin gələ, mim gələ,Dərdli qullar dərmanını bulunca.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xetai-bulunca
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Getmə sən eşqin ki, bir kənci-nihan əldən gedər,Bil ki, sən getsən yanımdan təndə can əldən gedər.
Gəl ey arif, sana hər dəm təvafi-həcci-əkbərdirGəl ey arif, sana hər dəm təvafi-həcci-əkbərdir,Ki, qiblən-nuri-peyğəmbər, imamin nəqdi-Heydərdir.
Gəl təraş et xəttini, şahi-cahan üç gündə birGəl təraş et xəttini, şahi-cahan üç gündə bir,Ta olasan afəti-dövri-zaman üç gündə bir.
Gəldi sürahi məclisə, rəf eyləmiş niqabGəldi sürahi məclisə, rəf eyləmiş niqab,Nur eylədi bu məclisi-zərrinpər afitab.
Стихи других поэтов
Aralıqda itib hökmi-şəriət,Xahişlərin eyləyirlər təriqət,
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
1945-ci ildəSöndü qanlı şəfəqlərin, keçdi sakit bir gecə,Dəyişildi bir gecədə bu dünyanın səfhəsi?
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.