Gəl ey arif, sana hər dəm təvafi-həcci-əkbərdir,Ki, qiblən-nuri-peyğəmbər, imamin nəqdi-Heydərdir.

Əli oldur ki, cənnətdə olubdur saqiyi-kövsər,Budur saqi, budur cənnət, şərabi abi-kövsərdir.

Əlində badeyi-gülrəng, içər ğazilərin şahı,Nə hacət nəql üçün şəkkər sözün qəndi-mükərrərdir.

Şücaət bu, vilayət bu, mürüvvət bu, kəramət bu,Əlini görməyən xasir Yezidü gəbrü kafərdir.

Hədisi-vəzi-Qurandan, nə buldun gəl, gəl ey zahid,Kəlamın ismi Qurandır, hədis allahü əkbərdir.

Siratin körpüsün keçdim, əməl mizanını çəkdim,Bu yoldan azənin, billah, məqamı nari-məhşərdir.

Xəta ilən Xötən mülki, şaha fəth oldu Çin böylə,Ki, məclis nafeyi-mişkin sərasər mişki-ənbərdir.

Əya mehrab edən daşı, həqiqət məzhəbindən kim,Nigarın gözləri-qaşi mana mehrabü mənbərdir.

Behişt istərsən, ey zahid, biya dər məclisi-rindan,Həqin didarı ey aşiq, nə cənnatə müyəssərdir.

Əgər nazirsən ey talib, həqi insanda gör, getmə.Mübarək xacəmin vəchi həqin nurində məzhərdir.

Макта — последний бейт с тахаллусом поэта. Xətainin deyil həqqi, şaha qulam deyə bilmək,Əgər xidmət qəbul olsa onun, mövlası Qənbərdir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви