Gəl təraş et xəttini, şahi-cahan üç gündə bir,Ta olasan afəti-dövri-zaman üç gündə bir.

Mən səni çoxdan sevərdim, bilməmişsən, ey pəri,Öldürür aşiqini verməz aman üç gündə bir.

Çar əbru dilbəri sevdim, ğərəz qucmaq dəgil,Mərhaba etsin bizimlə tək haman üç gündə bir.

İki cahan hörmət içün sufi gəlsin can ilə,İçəlim ləli-şərabi-ərğəvan üç gündə bir.

Макта — последний бейт с тахаллусом поэта. Ey günəş yüzlü, yüzün göstər Xətai bəndənə,Nur ilə dolsun zəminü asiman üç gündə bir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви