"Özünüz şəkili olduğunuz halda, hələŞəkiyə bir şeir həsr etməmisiniz ".

Bir məktubdan

Bir nəğmə qoşmadım hələ mən sənə,Dağlar bunu mənə kəsir sanmasın.Mən dedim, vurğunam Azərbaycana,Deyirəm, heç zaman xırdalanmasınKönlümdən ucalan bu avaz, bu səs.Böyükdür, ucadır məsləkim mənim.Bala anasına "sevirəm" deməz,Mən də deməmişəm, a Şəkim, mənim.

Sən öz keçmişini daim qorudun,Babamın şöhrəti yaşayır səndə.Bu eşqə eşq olsun!Dünənlə bu günÇiyin-çiyinədir küçələrində...

Mən sənə borcluyam öz balan kimi,Çox da ki şeirimdə görünmür adın.Mənim oxuduğum nəğmələrimi,Mənim qulağıma sən pıçıldadın.

Şerimin mayası - bu qaynar nəfəsSənin öz çiçəyin, sənin öz barın.Şerimdə dil açıb danışımı bəs,Sənin bulaqların, göy çinarların?Mən həm bakılıyam, həm lənkəranlı,Gəncəli, qubalı, həm naxçıvanlı.Şəkili, şirvanlı, qarabağlıyam,Bütöv Vətənimə bütöv bağlıyam.Mən sənin qoynunda gəldim cahana,Məni bəxş elədin Azərbaycana.Həmişə mən sənin həndəvərindəUçan bir quşam.Bir eldə doğulubxoşbəxtəm ki, mənBöyük bir Vətənə oğul olmuşam.

Noyabr, 1971

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине