Ümidə heykəl qoyun
Ürək yaşar həmişəÜmidiylə qol-boyun.Ümid yaşadar bizi,Ümidə heykəl qoyun.Ümid necə xoşqılıq,Ümid necə işvəkar.O - bütün qıfıllaraDüşən sirli bir açar.
Tək olsam, həmsöhbətim,Cüt olsam, həmkarımdır.Ac olsam, o - çörəyim,Lüt olsam, paltarımdır.
Ümiddir dərdimizinSinəsini dağlayan.Ümiddir bu günümüSabahıma bağlayan.
Bizim min-min arzumuzHər vaxt bizdən öndədir.Puç olan dilək beləÜmid yedəyindədir.
Ümid bizdən çox yaşar,O, nə əvvəl, nə sondur.Ümidin ömrü, vallah,Ömrümüzdən uzundur.
Ümidlə bir olandaHəyat bizə bal dadır.O, aldadıb yaşadır,O, yaşadıb aldadır.
Heykəl qoyun ümidəTərk etməz bir an bizi.Arzuya qanad veribOdur yaşadan bizi.
Qana-qana aldanaq,Budur həyat, budur haqq!Yaşaya bilərikmiƏgər biz aldanmasaq?
Avqust, 1992.
Kitabxana.az · https://kitabxana.az/ru/works/bextiyar-vahabzade-umide-heykel-qoyun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İdman yarışı*Çörək yeyə-yeyə, nərd vura-vura,
BaşAmerika alimi R. Uayt meymunun beynini bədəndən ayrı uzun müddət yaşada bilir. Bu məsələ ilə əlaqədar beynin köçürülməsi problemi üzrə dünya filosofları arasında böyük mübahisələr gedir.*Qəribə aləmdir... zəmanəmizdə
SiqnallarDostum R. Nurəddin üçün*Uzaq ulduzların sakinlərinə
NeoAsiya və Afrika yazıçılarınınDaşkənd müşavirəsindən təəssürat.
Стихи других поэтов
Hər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
Cığalı MüsəlləsDad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə