Qəribə zamanda yaşadıq, oğul,Bilmədik maskayla üzün fərqini.Vallah, seçilmədi hiylədən ağıl,Bilmədik əyriylə düzün fərqini.

Yaşadıq birtəhər, yazdıq birtəhər,Zaman bizim üçün müstəbid oldu.Dil - açar olmadı,ağla gələnlərDildə kilidləndi, dil - kilid oldu.Ağlın dediyini demədi dillər,Bizi bağışlasın gələn nəsillər.

İzlədi hamını qorxu, təhlükəHaqqın, ədalətin öldü anası.Oldu başdan-başa o boyda ölkəMəhkum millətlərin həbsxanası."Bərabər olmalı - dedilər - hamı",Yasa döndərdilər toyu, bayramı.

Bərabər tutuldu od-alov suya –Yaxşılar yamana, oğru doğruya.Hər şey alt-üst oldu, qarışdı aləm,Bağının barını el dərəmmədi.

Varlını yoxsula döndərən qələmYoxsulu varlıya döndərəmmədi.Hər şey öz əksiylə yerbəyer oldu,Hamı yoxsulluqda bərabər oldu.

Tapdandı əzmimiz, şəxsiyyətimiz,Mənlik sürgün oldu, yad oldu bizə.Nə simamız qaldı, nə sifətimiz,Hamımız bənzədik bir-birimizə.

Yalan zumasına oynadı ölkə,Yalan əqidəyə, mərama döndü.Sinəmiz altında ürək yerinəYalan dilə gəldi, yalan döyündü.

Hələ torpağa da yalan əkdilər,Yalan əkilmişdi, yalan dərildi.Dünyaya dəmirdən pərdə çəkdilərMillət əsarəti səadət bildi.

Qaranın üzündə bəzən ağ ləkə!Vaxtın ələyində hər şey ələndi.

Qəribə aləmdir, qalib bir ölkəMəğlub etdiyinə əl açır indi.

Azadlıq, səadət haqqımdır mənim,Allah çox görməsin bu haqqı bizə.İstiqlal yolunda qurbanlar veribAxır yetişmişik istəyimizə.İplər qırılsa da, bilmirəm hələİpin ucundakı o qarmaq nədir.Uzaqdan qurulur bizə min tələ,Şeytanın barmağı evimizdədir.

Ey xırda millətlər, ayıq olun sizHələ çalxalanır bulanıq dəniz.Verdiyi vədini tez unudan var,Bulanıq sularda balıq tutan var.Girib qılığına, alıb könlünüSaçı sığallayıb başı vuran var,Atı torbasıyla vuruşduran var.Xırda millətləri "ayır, buyurla"Bir-birinin üstə salışdıran var.Odlu nöqtələrdə səngiyən oduPüfləyib təzədən alışdıran var.

Çıxsa da əlindən xalqlar, ölkələrÖlməyib o iblis, o Şeytan hələ.Hələ ümid verir ona bəlkələr,Düşməyib amirlik taxtından hələ.

Üç yüz il dünyaya qan udduran taxtÇürüyüb, sahibi inana bilmir.Ondan üz döndərib bu dövran, bu vaxtBu böyük gerçəyi o qana bilmir.Həqiqət, ədalət məhkəməsinəQol çəkir, qolundan utana bilmir.Tərgitmək istəmir köhnə vərdişi,Anlaya bilmir ki, qırılıb dişi.Kiçik balıqları üyüdə bilməz,Daha köhnə yolla o, gedə bilməz,

Yoğrulub İblisin mayası kindən,İblis ləzzət alır öz pisliyindən.Ölüm anında da əl çəkən deyil,O öz vərdişindən - iblisliyindən.İndi ki, belədir...Nə deyim artıq?!Budur durumumuz, budur halımız;Bizi məhv eləyər arxayınçılıq,Əgər qorunmazsa istiqlalımız!

İyul, 1992, Şəki

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов