Səhl-Sumbat Xalq qəhrəmanıBabəki düşmən əlinə verən.Sata bildinnəyi nəyə, kimi kimə?Tək olsaydın,heç adını tutmaz idim,Mikrob kimiələnmisən tariximə.Babəklərin sinəsilə yol açdığıZirvələrə çatmaq üçün,Dərə keçdik,Təpə aşdıq.Bu yollardaNeçə-neçə həmzələrlə,Sumbatlarla qarşılaşdıq.Satqınların hiyləsindənNeçə kərəTarix endi zirvələrdən dərələrə.Bu hiyləgər xəyanətlərTariximin neçə-neçə varağınıləkələdi,qaraladı.Bir ölkəni yaraladı,Neçə yerə paraladı.Mənə açıq düşmən deyən bir düşməninİçi də bir, çölü də bir.İçindəki nifrətiniÜzündə də o, gizlətmir.Niyə qorxum bu düşməndən?Bu meydanda ya o, ya mən!O düşməndən qorxuram ki,İçindəki zülmətini,Qəzəbini, nifrətiniÜzündəki gülüş iləörtə bilə!Səhl-Sumbat!Yollarıma diyirlədinXəyanətin ilk daşını.Üzündəki gülüş iləSən axıtdınBir ölkənin göz yaşını.Bu gülüşləXəyanətin zəhərinəbal qatmısanBu gülüşləanamızı ağlatmısan.

Sən həmişə yanımızca hərlənirsən,Sağımızda Səhl-Sumbat,Solumuzda Səhl-Sumbat.Can atırıq zirvələrə -Yolumuzda Səhl-Sumbat.O Sumbatdan törəyəninSoyu-Sumbat.Huyu-Sumbat.Dili-mənim,Əli-qənim.Qazır mənə quyu Sumbat!Gah quzeydən, gah güneydənBaş qaldıran yel kimisən.Namərdliyin yol yoldaşı,Kişiliyin qənimisən.Yüz qızıla, bir "sağ ol"aSata bildin kişiləri,Özün söylə,Aldıqların satdığınadəyərdimi?Aldığınaarzuların göyərdimi?Qızıl getdi, "sağ ol" itdi,Özün öldün.XəyanətinTariximin kürəyindəDamğa kimi durur ancaq.Gücünə bax,Əsrimizə çatdı səsi.Satılanın böyüklüyü,Satqınlığın dərəcəsi!Düşdü gələn əsrlərəXəyanətin boz kölgəsi.Neçə-neçə Səhl-Sumbatbaş qaldırdı o kölgədən,Səsi gəldi o ölkədən, bu ölkədən.Səhl-Sumbat,Dünən maskan gülüş idi,Bu gün nədir?Gəliri də, çıxarı da,Mayası da,Maskası dabilməcədir,bilməcədir!Səni çox da qınamıramSatqınlığı vaxtın özühünər saydı.Məgər satan olardımıƏgər alan olmasaydı?!

Avqust, 1979

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов