Zamanın dolanbac pillələrindənKeçmək istəyirəm, keçə bilmirəm.Narahat çırpınan dünyamızda mən,Necə rahat olum, necə, bilmirəm?

Dinclik, rahatlıqdır mənim düşmənim.Buludlar üstünə, ey könlüm, şığı!Alır dincliyimi əlimdən mənimKönül sakitliyi, can rahatlığı!

Rahatsa nə yanır, nə qanır ürəkNecə başa vurum bilmirəm, günü...Elə bil, sinəmdə dayanır ürək,Axı, eşitmirəm döyüntüsünü.

Narahat olanda çıxıb özündənQəlbim qulağımda top kimi gurlar.Onda bilirəm ki, yaşayıram mən,Onda bilirəm ki, ürəyim də var.

Tufansız ürəklər durğun göl kimi,Suyu təzələnməz, Dibi lillənər.Narahat ürəklər daşqın sel kimi,Hər daşın üstündə bir cür dillənər.İçindən oyulub qəlbim döyünsün,Yarışa çağırsın daşqın selləri.Təzə bir mahnıyla sel kimi hər günOyatmaq istərəm yatmış çölləri.

Dibi görünməyən ümman göstərinBaş vurum,Kəşf edim dərinliyini.Mənə əzab verin, iztirab verin,Dadım səadətin şirinliyini!

İyul, 1979, Şəki

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов