Sevdiyim rəng
Dan sökülür... Gün çıxır...Pəncərəmi açır yaz,Mən göylərə baxıram,Göylər mavi bir atlaz!Torpaq mavi, su mavi!..Yarpaqlara düşüb şeh,Sünbülləri dindirirDağ döşündən əsən meh.Hər tərəfə yayıbdırÖz ətrini qızılgül,Qərənfilə, nərgizəVurğun olmuşdur könül.Çiçəklərə baxın siz;Biri yaşıl, biri ağ,Tutub piyaləsiniÖnümdə mavi zanbaq...Dalğalanır gözümdəBu rənglərin dəryası,Çiçəklərin dünyası!..Çiçəklər çox, rənglər çox...Bu həqiqət olsa da,Mənim şair könlümüGündə bir rəng alsa da,Hər rəngdən çox sevirəmBaharda aşıb-daşan,Qazları qaqqıldaşanGöllərimin rəngini;Dumanlı dağlarımın,Meyvəli bağlarımın,Ceyranları qaçışanÇöllərimin rəngini;Hər gün seyrə daldığım,Baxıb ilham aldığımÇəmənimin rəngini;Həmişə təravətli,Torpağı bərəkətli,Göyləri al günəşliVətənimin rəngini!Vətənimin rəngini!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zeynal-xelil-sevdiyim-reng
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Tanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Görməmişəm, eşitmişəmXalq oturubdu bağçada badi-baharı gözləyir,Görməmişəm, eşitmişəm rahi-nigarı gözləyir.
Qəzəl: Ey gül-ra'na, məni cövr ilə nalan eyləməEy gül-ra'na, məni cövr ilə nalan eyləmə,Razımı bülbül kimi aləmdə dastan eyləmə
Mələkim, nədir o?Nuri-vəfamıdır nigəhindən uçan ziya?Gözlər könül açılmaq üçün gül dodağını.