İllər ayrıcında, vaxt ayrıcında,Tale ayrıcında, baxt ayrıcındaZirvədən boylanan yolçular kimi,Baxıram bir ömrün yoxuşlarına,

Susuz çöllərinə, vədələrinə,Baxıram sabahın ümid közərdən,İlğıma bürünən vadilərinə.Nə daş-tərəzi var, nə ölçü-mizan,Nə tənbeh eləyən, nə günah yazan...

Yüz il də ötüşdü, min il də belə!Mən də yollardayam min ildi belə!

Min ildir dünyayla yumruq-yumruğaSavaş içindəyəm baharla, qışla.Tarixin yolları – ömür yoldaşım,Çadırım göylərdi – ulduz naxışla!Min nəğmə qoşmuşam, sədası haqdanSaldığım bağçalar çiçək-çiçəkdir.Kimə əl uzatdım yüzbudaq olduAncaq öz ürəyim yenə də təkdir!

Onsuz da bilinməz dəyəri ömrün,Nə fərqi il gedir yaşımın üstənBaş altda bu yurdun dedi-qodusu,Bir də haqqı görən başımın üstə!

Ayrı bir dünyaya səsləyir yollar,Qoyduğum nə oldu, apardığım nə...Məni öz hökmünə bağlayan daTapşırdım Tanrının mərhəmətinə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе