Qul olmağa yarandınsaQul ol... sənə sözüm yoxdur.Daha mənim “Qəhrəmanıq!”Harayına üzüm yoxdur.

Abşeronun duz gölüsən,Zaman səni qurutmada.Sən özünə düşmən olubDüşmənini yarıtmada.

Tikan olub öz düzünə,Öz sözünə əkilirsən.Yox geriyə yolun daha,Daha hara çəkilirsən?

Okeandın, dəniz oldun,Dəniz döndü gölməçəyə.Döndün donsuz donu öyənDərdə bələk gülməcəyə.

Sağın kəsik, solun kəsik,Qıçın kəsik, qolun kəsik,Öz-özünə tanımırsan,Tanınmağa yaddaşın yox.Ya “Barat”san, ya “bəradər”Qardaş! Niyə öz başın yox?!

Quş yuvası, arı kanı,Məzarın da sərhəddi var.Hara qədər enəcəyik,Pisliyin də bir həddi var!

Halal idik – güclü idik,Haram nəfsin xəstələnmiş.Zalım qardaş, zalım bacıQarın bizi üstələmiş.

Qayıt, mənim dəli ruhum,Yer titrədən nərəm, qayıt!Əsli eşqin bizi yıxdı,Kəs bu eşqi Kərəm, qayıt!

Yağmaladı mərə kafir,Düşmən əli qıran, qayıt!Bakıda Çaldıran qurma!Şuşanı qaldıran, qayıt!

Biz namusla uca idik,Namus üstə ölən, qayıt!Ay Ağdamın bazarındaErməniyə gülən, qayıt!

Qayıt, qayıt bazarlardan,Məzarlardan, yanıb, qayıtQəbirstanın şumlanıbdı,Öz ananı anıb qayıt!

Axçilərin tumanından,Bu sərsəmlik dumanından,Bu “düzələr” gümanındanÇıxmalısan, çıxıb, qayıt!Yorğunluğu, durğunluğu,Qorxaqlığı yıxıb, qayıt!

Qayıt, mənim gur nəfəsim,Kür nəfəsim, sel nəfəsim.Qayıt, yurdu xilas elə,Üstünə düşmən gəlməsin!

Çəkəmməzsən bu ləkəni,Ölüm, olum savaşıdı,Qayıt düşmən qabağındaTəklənən öz qardaşındı!

Qayıt, ana südü içən,Dünya bizə gülər, qayıt!Ruhumuzu diriltməsək,Azərbaycan ölər, qayıt!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов