Bir çibin vızıltısı
Gör kimdi dınqıldadanbağladığım bu tarı,Gör kimdi yağmalayanmənim yığdığım varı.Adları bu şeriməlayiq olmayanların.Başları piy bağlamış,fikri-mayası qısır.Bu hədyan çocuqları –bir cibin vızıltısı!..
Millətin dar günündəmeyxanada yatanlar,Bir kürsü vədəsinədədəsini satanlar,Ələ qələm tutmayanbu məddah şarlatanlarMillətə üz qarası,vaxtın tökülən pası,Sözümüzün çirkabı –bir cibin vızıltısı!
El deyib “ver” düşünür,nəfəsi də yalandı,hərracxana bayquşusanır Vətən talandı,Gövşəyib udduqlarısüfrəmizdən qalandı,Günəş varlığımızdanürəyinə nəm sızır,Böyüyə tutduğu züy –bir cibin vızıltısı!
Şah adına sığınangədələr meydan açır.Sırınan sığırlılar,fitələr meydan açır,Baş çoxdan çürüyübdü,mədələr meydan açır,Namərd gözü deşikdə,ağzımda sözü busur –Karvanımın dalınca –bir cibin vızıltısı!
Düzlük gözlərinə mil,bu da bir kar aşıqdı,Mən həyat ağacıyamgövdəmə sarmaşıqdı,
Millətik, ancaq, heyifqanımız qarışıqdı,Tülkülərin yanındaquyruq qısan bu tazıQurdam deyib ulasa –bir cibin vızıltısı.
Yurdun qəm dəftərinəbir vərəq də yazıldı,Qardaş dedikləriməbir məzar da qazıldı,Biri mikrofonundan,biri sözdən asıldı,Bu şeytan tayfasınaindi kim qulaq asır?Onlardan artıq olarbir cibin vızıltısı!..
İyun, 1994
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-bir-cibin-viziltisi
Клавиши ← → для перехода, R — случайное стихотворение