Bu ulu millətin qanı müqəddəs,Qılıncı müqəddəs, qanı müqəddəsBəs niyə dəyişdi, hansı müqəddəs?!Heyif, Məmməd Araz, çağlarımıza!

Alagöllər boyu şığıyan kimdi,Çəmən hanasını toxuyan kimdi,Yazılı daşları oxuyan kimdi,Daşdan qaynar-qaynar çağlayan kimdi,Pəri Çınqılında ağlayan kimdi,Bir simdə min sirri saxlayan kimdi? –Heyif, Məmməd Aslan, dağlarımıza!

Qoşa körpülərin daşındı, daşı,Ziyarət dağının əyildi başı,Silah tuta bilmir heykəl qardaşın,Heyif, Sabir Əhməd, sağlarımıza!

Şuşanı itirib susuz qalıbsan,Dəstgahın qırılıb, ruhsuz qalıbsan,Kişi dövranından qalma qalıbsan,Heyif, Firudin bəy, ahlarımıza!

Kimsə bilməyəni şikəstə bilir,Allaha yol çəkir Qədirin zili,Yandı Xudu yurdu, susdu Mərzili,Heyif Həsənoğlu Şahlarımıza!

Hanı Kürdoğlunun İşıqlı dağı,Ağa Laçınlının ata ocağı,Sultan bəy yurdunda Akop ulağıHeyif Eldar Baxış, “Qalx!”larımıza!

Qoşa minarələr – daş şamlarımızSəslərkən, yatdımı adamlarımız,Qara günə qaldı Ağ damlarımızHeyif, Aqil Abbas, bağlarımıza!

Bayram müəllimin Cıdır düzü yox,Familin, Şahmarın sakit sözü yox,Zeynal müəllimin dost məclisi yox,Heyif qızıl güllü tağlarımıza!

Xalqım! – deyə-deyə divanə gəzdin,Xalqın qulağına haqq deyən səsdin,Sən haqqı bu qədər dönük bilməzdin,Heyif, Rüstəmxanlı, haqlarımıza!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине