Bayram günüdür, zövqü səfa xanələr içrə,Cananım oturmuş neçə cananələr içrə.

Bir hiylə ilə gizlənibən zülf arasında,Pünhan gedə bilsəydim əgər şanələr içrə.

Könlüm quşu pərvaz qılır kuyi-nigarə,Zahir ki, onun qisməti var danələr içrə.

Dil mülkünə göndər həşəmi-dərdü fəraqı,Şənlik düşə ta bəlko bu viranələr içrə.

Hicran qəminin badeyi-gülgundur əlacı,Vazeh danışırlar bunu meyxanələr içrə.

Əzbəs ki, mənə şəfqəti var piri-muğanın,Camım doludur gör necə peymanələr içrə.

Ha beylə məni əql xərab eylədi, yoxsaBir adəm idim əvvəli divanələr içrə.

Haşa çəkib əl həmrəhi-dirinələrimdən,Bir dəm dolanım aqilü fərzanələr içrə.

Kəm tutma rəhi-eşqdə bu Zakiri kim varYanmaqda onun şöhrəti pərvanələr içrə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви