Gözüm açıb bu dünyaya gələndəDost tutmadım bu fənanı, biləsiz.Ağlım kəsib xeyri-şəri qanandaXoşlamadım hər insanı, biləsiz.

O da bir nemətdir, göz-gözə baxa,Arta məhəbbəti, sel kimi axa.Ata qulluğunda söz yalan çıxa,Oğul onda çox utanı, biləsiz.

Qardaş arasında ərkinaz olur,Artır məhəbbəti, sərəfraz olur,Nakəs adam səxavətdən az olur,Mərdi çəkib imtaha, biləsiz.

İnsana gəlməsin xain töhməti,Bir yandan kəc işlər, yox mərhəməti.Mərd boynunda qalmaz mərdin minnətiDərdə salıb bu İmanı, biləsiz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов