Oturmuşdum səhər çağı bixəbər,Gözəllər üstümə gəldilər bir-bir.Əzdilər qəlbimi, etdilər qabar,Bağrımın başını dəldilər bir-bir.

Ötüşür kəkliklər, səs verir qaya,Camalın şöləsin bənzətdim aya.Huridi, pəridi bir bölük maya,Söylədim dərdimi, bildilər bir-bir.

Olsa bizim yerdə belə nazdılar,Qulsuz, qarabaşsız saxlamazdılar.İman ərz eyləyir, şirin sözdülərXumar gözlərini süzdülər bir-bir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов