Arif əhli, bir söz deyim, qınama,O zaman ki, bu dünyanı gəzirdim.Həsrət oldum elə, ata-anama,Dolandırıb yazıq canı, gəzirdim.

Dilimdə kəlmeyi-ayeyi-Quran,Fikrü zikrim oxumaqdı hər zaman.Eşit sözlərimi, doğru bil, inan,Adı gözəl bir mövlanı gəzirdim.

Nagahdan bəlaya tuş oldu sərim,Axtarmadı, qohum-qardaş, ellərim.Könül qəmli, qanlı yaşlı gözlərim,Seyr eləyib gülüstanı gəzirdim.

Ha deyim dərdimi, nə gələr başa,Aç sinəm dəftərin, eylə tamaşa.Əzalarım düşdü yanar ataşa,"Yahu", - deyib, bir cavanı gəzirdim.

Bir mələk misallı, tutidil, cavan,Axır getdi, məni etdi bağrı qan.Demir necə oldu Növrəstə İman!?Mən də o pür dürlisanı gəzirdim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов