Sağlam gedəm
Qəfil bir ox atdın, tökdü qanımı,Qoymadı gəzməyəsə qalam, gedəm.Sənin fikrin xəstə saldı canımı,Ümid var, ellərə sağalam, gedəm.
Gətirdin rəngimə sarı, gözəl, sən,Rəhm eylə, yaramı sarı, gözəl, sən!Mərhəmət qıl bizə sarı, gözəl sən,Həsrətəm, ölməmiş sağ alam, gedəm.
İyidlər meydanı, dağı şirindi,Çəkdirən Fərhada dağı Şirindi.İman deyər, ləbində ağı şirindi,Gözün deyir: xəstə, sağal, əm, get əm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/novres-iman-sagalam-gedem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Mehri-hüsnündən təcəlli edəli ənvari-eşq,Zahir oldu gün kimi hər zərrədən asari-eşq
Mən kiməm? – Bir fəqiri-bisərü paMən kiməm? – Bir fəqiri-bisərü pa,Kəmtərin bəndəvü kəminə gəda.
Ey gül, səni bilməm necə ustad çəkibdirEy gül, səni bilməm necə ustad çəkibdir,Nəqqaş-i əzəl sünin edib yad çəkibdir.
Mürəbbe: Gəldi qasid dedi mən biqərarəGəldi qasid dedi mən biqərarə,Şux dilrubanın izdirabı var,