Ey təzə şahbazım, həm sərvnazım,Qulluğuna bir ərzim var, Sənəm, al!Yolunda sadağa candı niyazım,Layiq deyil qurban kəsəm sənə mal.

Götürmüşəm çox sağalmaz yara mən,Qəm çəkərmi ləblərindən, yar, əmən!?Layiq olsam qulluğunda yara mən,Geydirərəm al üstündən, Sənəm, al.

Novrəs İman, günün gəldi nə qara!Bad əsdi, zimistan oldu nə qara.Çarxı-gərdiş yenə çaldı naqara,Ay, gün kəmənd atdı, qurdu sənəm, al.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов