Qaldı
Qərib bağban idim, çox çəkdim cəfa,Dərilməmiş güli-bostanım qaldı.Gəlmədi bimürvət fələk insafa,Dərdli, qəmli günüm, dövranım qaldı.
Qəza rəfiq oldu, mənilən gəzdi,Ümidim, əlacım hər yandan üzdü.Fələk öz əliynən rövnəqim pozdu,Qəm mətalı dolu meydanım qaldı.
Bəxti kəm olmuşam mən əvvəl başdan,Can qəmdən ayrılmaz, didəm qan-yaşdan.Qurtarmadım bircə oddan, ataşdan,Xəstəyəm, dərd üçün dərmanım qaldı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/novres-iman-qaldi
Клавиши ← → для перехода, R — случайное стихотворение