Səyyah idim, dolanırdım dünyanı,Mürği-ruhum etdi cövlan Qazağa.Axtarırdım, bulum yaxşı, yamanı,Neçə gündə gəldim pünhan Qazağa.

Əyləşdim məxvidə, mən oldum xamuş,Azca gedişata yetirirdim huş.Baxın, a yoldaşlar, olun fəramuş,Gör necə yaraşır dastan Qazağa.

Şagirdlərin səsi, qızlar dəstəsi,Bir-biriynən eylər müəllimlər bəhsi.Uzaqdan baxanın gəlir həvəsi,Görməyənlər qalıb heyran Qazağa.

...Götürüb nazimlər desin kalamı,Gözəl elm oxumuş, anlamış hamı.Bir işrətli gündür Mayın bayramı,Çağrılıb aşıqlar mehman Qazağa.

Çəməngahlı məclis – nə gözəl işrət!Baxanın qəlbində qalmaz küdurət.Alınsın nəzərə, çəkməsin həsrət,Gəlibdi bu Novrəs İman Qazağa.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов