Sə dü nəhs əhvalını qılsan münəccimdən sual
Sə’dü nəhs əhvalını qılsan münəccimdən sual,
Müqtədai-mə’rifət Bərcisü Keyvandır ona.
Eyləsən rəmmaldən təftişi-hali-nikü bəd,
Mürşidi-rahi-yəqin Ənkisü Lehyandır ona.
Nöqteyi-əşkali-rəmlü seyri-əcrami-nücum
Kimə rəhbər olsa, feyzi-əql böhtandır ona.
Bilmiş ol kim, hər nə sadir olsa ziştü xubü bəd,
Məzhəri bir elmdir kim, əql heyrandır ona.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-qite-24-se-du-nehs-ehvalini-qilsan-muneccimden-sual
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Degilsən çoxdan, ey gərdun, cahan seyrində yoldaşım,Nola xəm olsa qəddin, səndən artıqdır mənim yaşım.
Demiş hər qönçəyə aşiqliyim razın səba derlərDemiş hər qönçəyə aşiqliyim razın səba derlər,El ağzın tutmaq olmaz, qorxuram, ey gül, sana derlər.
Dərdi-eşqim dəfinə zəhmət çəkər daim təbibDərdi-eşqim dəfinə zəhmət çəkər daim təbib,Şükr kim, olmuş ona zəhmət, mənə rahət nəsib,
Dəhənin dərdimə dərman dedilər cananınDəhənin dərdimə dərman dedilər cananın,Bildilər dərdimi, yoxdur dedilər dərmanın.