Bu gün sənin hər gözündə bir gülüş,Biri çılğın, biri tutqun, bürkülü...Baxışına yad baxışlar bükülü,İnnən belə o gözlərə baxmaram.

Qəza gəldi, əsa gəldi, deyirlər.Əhdini də düyçələyər iy əllər.Bir çalada donan suya əyilləm,İnnən belə o gözlərə baxmaram.

İki görüş bir baxışda görüşdü,İki ilmə bir yanlışda görüşdü.Doğru sözüm aldanışla görüşdü,İnnən belə o gözlərə baxmaram.

Haray, durnam, qatarımı itirdim!Havar çəkdim, havarımı itirdim,Dalğasında avarımı itirdim,İnnən belə o gözlərə baxmaram.

İsmi dönük, son tufanım olsa da,Son ümidim, son gümanım olsa da,Gündoğanım, günbatanım olsa da,İnnən belə o gözlərə baxmaram.

Dekabr, 1980

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов