Yalan
Yalan eşitmədik böcəkdən, quşdan,İnsandı insana yalan danışan...
Tər axır alnının qırışlarından,Çıl-çırpı kimidir ona yan-yörə,Sanki yalançılıq yarışlarındaTəzəcə çıxıbdı birinci yerə.
Söz dildə əsgidir,söz dildə ütü,Bu dünya önündə dəyirman pəri,Qupquru göyərdir,Yaş-yaş üyüdür –Vədli yalanları, yalan vədləri.
Qora söz ən şirin kişmişdən şirin,Tökür qabağına yesən, yeməsən.Götürsən ikisi-üçü bəsindir,Bəsindir əlli il yalan deməsən.
Yalandı, böhtandı sözün də qışı,Babalar yalan da ilandı deyib.Dili qulağıma yalan danışır,Gözləri: bu yalan yalandı deyir!
Bəsdir bir damlası yüz qatışığa,Yalan – mürəkkəbdir,Yalan su deyil.Bəzən inanmıram düz qatışığa,Bəlkə heç doğru da doğruçu deyil.
Ay babam, ay nənəm, qalxın məzardan,Kim səpdi çınqılı bu hamar düzə,Bu söz xəlbirində haram əl hardanPıtrağı ələdi söz süfrəmizə?!
Yalan ayaq tutsa düz yetməz ona,Atını dörd nala çapasıdır o.Yol tapsa ədalət salonlarına,Bir əldən yüz alqış qapasıdır o.
Köçəsi deyildir günəşə, aya,Yalançı rolunda baş qəhrəmandır.Çoxu inanmasın bu tamaşaya,Bəsidir minindən biri inandı...
İyul, 1982
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmed-araz-yalan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ağlının qan Cavanşir Əmir Aslan gəlirMərd ü mərdanə olub azim meydan gəlir
Yara qal indiKönlüm çox istədi yarı göreydi,Yaraşarmı qoyxa yara, qal indi.
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı