Çıxır
Xırda gölməçəni xırda burulğanQaldırır, astarı üzünə çıxır.Dərddən də yol bulur öz yolu olanYolsuzun palçığı dizinə çıxır.
Olsa da hər gözdə şeytan marağı,Dəyişməz sərhəddi qarayla ağın.Nə qədər düz getsə əyri ayağınYenə əyriliyi izinə çıxır.
Doymaz, meyvəsini yetirəndə də,Susmaz, nəğməsini bitirəndə də,Bahar sevdasını itirəndə dəAğacın həsrəti közünə çıxır.
Gileyi, güzarı, dərdi, ahı yox,Məskəni, məqamı, dövrü, çağı yox,Tanrının insandan umacağı yox,İnsan Tanrını da özünə çıxır.
Mənzilə bir gedir yüyürən, yatan,Yuvalar dağıdan, ocaqlar çatan,Sənə bu dünyanı havayı satanBorcunu üç arşın bezinə çıxır.
İndi ki, hər şeyin ilki, sonu var,İlkdən sona kimi bu dünya ağlar,Dağların göz yaşı – sısqa bulaqlarİnsanın çeşməsi gözünə çıxır.
Mən uda bilmirəm, dünya udsa da,Unuda bilmirəm el unutsa da.Millətin çəkdiyi dərdlər batsa daYenə Rüstəmxanlı sözünə çıxır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-cixir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gərək biz bacaraq qurban verməyi,Bacaraq od tutub alışmağı da.
Başını aşağı sal, işini görBir yoldaşın tez-tez verdiyi “məsləhət”*Mən belə bir adam gördüm cavan yaşımda,
M.Ə. Sabirin məzarı üstündəİlk dəfə gəlmişəm məzarın üstə,Dağıtdım nigaran bir həsrətimi.
BarışıqSevinc atlı, biz piyada –Yüzillərlə yüyürmüşük arxasınca.