Qolu sındırılmış Babək,Yurdu yandırılmış Babək,Qan rəngli bir arabada,Şərq boyda bir xarabada,Söylə-söylə,Döyə-döyə,Hamıya görk olsun deyəKənd-kənd gəzdirilən Babək,Ölübən-dirilən Babək;Qollarını görməyəndəAzca rahat olan Babək;Bir qırmızı yuxu içrə:Uzaqlara dalan Babək.Deyən Babək: - Aman dostlar,Hücum çəkin qoşun-qoşun,Orda mənsiz qılınc çalanQollarımla bir vuruşun.

İyun, 1969

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов