Poçtalyon
Yenə poçtalyonu GöyçayımızınÇinarlı yollarla gəlib şən keçir.Düşünür: "Gör neçə oğlanın, qızınEşqi, məhəbbəti əlimdən keçir".
Yaşı əllisə də, demə, qocadır,Pionerlərə də o, salam verir.Görkəmdən vüqarlı, boydan ucadır,Qabarmış köksünə yaxşı baxın bir.
Rayonun hər böyük, hər kiçik yoluÖmür dastanının misralarıdır, -Gəlin təbəssümü, ana "sağ ol"uOnun dövlətidir, onun varıdır.
Bu yerlər qəlbinə tanışdır, tanışÖz həyəti kimi, bağçası kimi...Bəlkə hər qapını min dəfə açmışMahud pencəyinin yaxası kimi.
Yükü el salamı, el məhəbbəti,Bir yüngüllük duyur ağırlığından.Körpə uşağın da gülür niyyətiYüyürüb məktubu alanda ondan.
Biri uzaqdan da ötüb keçəndə,-A Qurban, - deyərək onu haylayır.Bir üstü möhürlü zərfin içindəMəhəbbət gətirir, sevinc paylayır.
-Məktub gecikməsin, - dediyi zamanOna çox həyəcan, çox həvəs gəlir.Daim qulağına meşin çantadanNeçə salam gəlir, neçə səs gəlir.
Bir səs - ana! - deyir, biri - sevgilim!Biri - kəndimizdən salamlar sizə!Biri də söyləyir - gəl, mən de gəlim,Bacım Zərifədən salam var sizə!
Uzun danışmaq da adəti deyil,Hər kəsə sözünü tez deyib gedir.Çantası səsləyir onu elə bil,O da çantasını dinləyib gedir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eli-kerim-poctalyon
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey bala, ey quzu, ey şux məmə, qurban gözünə,Olürəm, bir belə qoyma nəmə, qurban gözünə.
Ay qızQoydun qədəm beş yaşına,Qız, çadra saldın başına,
Ey şahin cilvəlim, şunqar şivəlimEy şahin cilvəlim, şunqar şivəlim,Durna tək tellərin cığalanıbdır.
آتشی زد شب هجرم به دل و جان که مپرسآن چنان سوختم از آتش هجران که مپرس