Bakı küləyi
Demirəm hər zaman gəz bu diyarı,Sındır budaqları, əy budaqları.
Bəzən də sakit əs, su kimi durul,Gəlib dalğa-dalğa tökül qoynuma.Gah da mənə çatıb havada burul,Burula-burala dolan boynuma.
Amma ürəyimdə bir sözüm də var,Sən ey soyuq xəzri, isti gilavar!Gəlsə yuxu kimi bu həyat sənə,Min bir mübarizə xatırlat mənə.
O güclü dalğalar, o gur dalğalarQəfil yerimdən də qoparsın məni.Gurlasın o ki var, coşsun o ki var,Yüyürdə-yüyürdə aparsın məni.
Gurla, var gücünlə gurla, ey külək,Saçımı da dağıt, sinəmdən də bas!Mən də cavab verim, mənə qulaq as:Gəl bir də toqquşub döş-döşə gələk!
Görsən tufansızam, görsən rahatam,Qoyma xumarlanıb evdə də yatam.Ey Bakı küləyi, səhərə kimiSındır pəncərəmi, döy pəncərəmi!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/eli-kerim-baki-kuleyi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
"Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar,*Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz!"*
Sinəm sızıldayır masadan ötrüSinəm sızıldayır masadan ötrüKönlüm – neçə sözün qəbristanlığı.
SözlərGecə yansı yenə gəlmisinizYurdsuz-yuvasız,
Qələmdəki mürəkkəbQələmdəki mürəkkəbməni yandırır.