Uşaqlıq, gənclik, qocalıq
Xeyr, uşaqlığımı atdım nə göy çəməndə,Nə dağda oynayanda, nə Göy çayda çiməndə.Qəlbimdə isti bir yer verdim ayrıca ona,Çıxdım dolama yollar, çığırlar ayncına.Yerişimin sürəti,Sevincimin şimşəyiOdur.O olmasaydı, kim durardı obaşdan,Könlümün qapısınıDöyərdivaDeyərdi: - Səhər açıldı, yatma,Dur, yüyürmək, oynayıb-gülmək düşdü yadıma.Məni çulğalar boran,Əgər bir saat, bir anAyrılsam gəncliyimin yüyənsiz tufanından.Günlərim keçər,köçərÇırpıntısız bir ömrünBoz dumanı,İlğımıXanə-xərabi içrə.Yuvam olarZamanınBaş yolundan kənarda
Bir soyuq, xəfə hücrə.Qocalıqdan da qorxma!Qorxmuram!Karıxmıram!Qoy gəlməsin, gələndə bizə diş qıcadırsa,Gəlsin kamal timsalı müdrik bir qocadırsa.Evimə qonaq deyil, ailə üzvü gəlsin.Uşaqlıq, gənclik və o!Səsləri bir yüksəlsin:Ömrümüzün yolları ötüb keçməz qarışıq.Ayrılmaz uç qardaşıq!
Kitabxana.az · https://kitabxana.az/ru/works/eli-kerim-usaqliq-genclik-qocaliq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Edər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.
AyrılıqMən saralıb sollam qərib ellərdə,Sözüm dastan olar bütün dillerdə,
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,