Olmaz
Valehin olmuşam, kərəm eyləsən,Dilbərə dilimdən can əskik olmaz.Qurbanı kəsərəm qurban üstündən,Nə bir, nə beş, nə on, san əskik olmaz.
Dolannam başına gündə üç kərə,Yolunda xəsislik etmərəm sərə.Həmdəm ola mənə, o, könül verə,Xoş deyib-güldüyüm an əskik olmaz.
Məmmədhüseynəm, al qumaşa bəzərəm,Qulluğunda sağa-sola süzərəm.Dil verməsə Yarəb, necə dözərəm,Dil versə ipək şal, don əskik olmaz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sair-memmedhuseyn-olmaz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Var-dövlət dediyin bir əl çirkidi,Çox da qürrələnib öyünmə, Hacı.
Haçan gəlirsənBaşına döndüyüm gül üzlü oğul,Oğul, söylə görüm, haçan gəlirsən?
Haqdan peyğəmbərə salamAlimlər qövmüynən arifi aqil,Peyğəmbər mehraca dörd dəfə getdi.
XanımAtan köpək saldı məndən aralı,Astadan göz yaşın süzdürən xanım.