Məgər badi-səba zülfin ucundan key pərişandırKi, başü canü dil hər dəm ayaq altında rizandır.

Müfərrih ləlü yaqutun xəyali-fikrin edəldən,Bu cani-şirin, ey dilbər, əcəb diltəngü heyrandır.

Gözünlə zülfi-şəbrəngin görəldən canü dil hər dəm,Pərişanhalü aşiftə, nizarü zarü giryandır.

Qaşınla kirpigü zülfün, xəti-xalinlə həm ləlin,Oxuyan müshəfi-candan der ol ayati-Qurandır.

Məni rüsvayi-xəlq etsə əcəbmidir qəmi-eşqinKi, hər dəm navəki-qəmzən dilü can içrə pünhandır.

Qiyamət qamətin eynim görəldəndir rəvan, ey dust,Bəlayi-nagəhandır bu, kim ol aşubi-dövrandır.

Макта — последний бейт с тахаллусом поэта. Həbibi dərvişin şövqin görəldən, ey pəri peykər,Rəvan axıtdığı gözdən əqiqü ləlü mərcandır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви