Üstündən
Usta Kərim, o qaşların,Qara çəkib ağ üstündən.Gözəl yaradıb saçların,Çin-çin, tağı-tağ üstündən.
Sinəndi ağ büllur şüşə,Bəzənib qızıl-gümüşə,Açılıb nərgiz, bənövşə,Qızılgül yanaq üstündən.
Zənaxdanda qoşa xal var,Camalında nə cəlal var,Ləblərində şirin bal var,Süzülüb qaymaq üstündən.
Nə mayıl-mayıl baxarsan,Sinəmə oxlar çaxarsan,Yandırıb oda yaxarsan,Dağ çəkərsən dağ üstündən.
Sənsiz bu Qurban sızıldar,Cismim ağlar, can sızıldar,Görsə arı şan, sızıldar,Olmaz ayırmaq üstündən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/agdabanli-qurban-ustunden
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Tərlandı baxışın, gözün can alan,De çək caynağına, di darə məni.
Həyayə hey-heyŞahinə nə qaynaq çalar qarğalar,Nəzər sal qadında həyayə, hey-hey.
Nə qala sən-sənSəhərdən şikara çıxsan səhraya,Nə yetiş qəzaya, nə qala, sən-sən.
Ol saqi misalMəcazı-məclisə, təri-təcnisə,Dolandır saqini, ol saqi misal.