Yenə sevgim can almağa,Qeyzə doluf gəzələnir.Ala gözlərin görəndə,Köhnə yaram təzələnir.

Doymaq olmaz belə dostdan,Sinəsi bağı-gülüstan.Bir cüt qoşa nardı büstan,Öpmək, əmmək məzələnir.

Dilin şəkər - dönüb qəndə,Zülfün salıb məni bəndə,Bir fürsət ələ düşəndə,Niyə qəmzə, naz elənir?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви