Diqqətindən nəzər yetir sərasər,Gələrsə təcnisə, dal əyər-əyər.Aşiq həsrət qalsa yara intizar,Dərdi-hicran qəddin dal əyər-əyər.

Şirin desən şirin gələr yar adı,Can gedərsə canan təzə yaradı.Tənə dildən ciyər təzə yaradı,Qaytarsa yar-yara, dal əyər-əyər.

İşarəynən qandırarsan qananə,Nə anlıya, nadan desən qananə.Ha axıtsa didəsindən qan anə,Gedən gəlsə geri, dal əyər-əyər.

Qurban, sənsiz el ağlıyar, ay yanar,Eşq ataşın yanar canda, ay yanar,Xəstə istər yetişərsə, aya, nar,Alçalı ağaclar dal əyər-əyər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви