Gözləri zülmətin bağrını yarır,Burnundan-başından çıxır tüstüsü.Qara kəl qatarı dartıb aparır,Çınqıllı daşları qarsır istisi.

Par-par, qıpqırmızı çarxları iri,Dirsəkli qolları- fəhlə qolları...Döyür calaqlarda polad relsləri,Yığıb-yığışdırır şərid yolları.

Göz qabağındadır hər dəm-dəskahı.Ocağı aşikar, odu aşikar.Hiddəti, hikkəsi, naləsi, ahıEnişin-yoxuşun yadında qalar.

Parovoz həmişə qan-tər içindəÜrəyi alovlu, qazanı qaynar...Tunellər, meşələr, çöllər içindəFınxırar, kişnəyər, at kimi oynar.

Nəhəng adamlara bənzər parovoz,Nəhəngin açıqdı sözü, söhbəti.Aləmi gur-gurla gəzər parovoz,Tənha keçiddən də keçməz xəlvəti.

Həzin, həyəcanlı, qırıq-qırıq fitBitib-tükənməyən hekayətidir.Qatardan açılıb qalanda sakitSükut ən yanıqlı şikayətidir.

Qatarsız parovoz - kibrit qutusu,Alıb hara gəldi atar küləklər.Qatar qabağında sərkərdədir o,Qoşunlu-ləşkərli, məğrur, müzəffər.

Açıqdır hər yanı, yoxdu pünhanı,Örtülü bazara sığmır parovoz.Qaranı-quranı, xıltı-filanıPüskürür... içinə yığmır parovoz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов