Yox, deməyin dolu vurdu
Göylər tutqun, göylər qara,Mən baxıram buludlara.Bir tozanaq qalxdı birdən,Göy gurladı neçə yerdən.İldırımlar çaxdı keçdi,Sellər, sular axdı keçdi.Gah sağı, gah solu vurdu.Dolu vurdu!Dolu vurdu!
Aynabəndlər örtülsə də,Neçə yerdən aldı zədə.Tər lalələr xəzan oldu,Şəlalələr ümman oldu.Dolu dəydi, gül töküldü,Novçalardan sel töküldü.Hər döngəni, yolu vurdu,Dolu vurdu!Dolu vurdu!
Öz hirsini tökdü göylər...Dolu vurmuş böyük şəhərElə bil son çilədəydi.Hər yarpağa güllə dəydi.Bağ-bağça qübar eylədi,Yaxasını düymələdi.Vurdu, neçə kolu vurdu,Dolu vurdu!Dolu vurdu!
Hirsi yatdı, susdu göylər,Nəfəs aldı qoca şəhər...Günəş yardı buludları,Salamladı göy otları.
Biçənəklər üzə güldü,Nərgizlər göz-gözə güldü.Bağlar yenə büsat qurdu,Yox, deməyinDolu vurdu!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/islam-seferli-yox-demeyin-dolu-vurdu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
GəlinSarbanlarda bir gözələ tuş oldum,Bənzer bir alıcı şahbazə, gəlin.
BilməzsənKamil bağban bağ becərər, gül əkər,Sahibi var onun, üzə bilməzsən.
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.