Ayaq tutub gəzdikcə sən,Qəlbim gülür sevincimdən.Səni basıb bağrıma mən,Deyirəm ki, oyna, bala,Qurbanam boyuna, bala!

Bir-birindən xoş gəlir il,Ürəyimdə yoxdu nisgil.Göz muncuğu gərək deyil,Yalan sözdür nəzər, bala,Ey özümə bənzər bala!

Yetişmişəm hər kamıma,Vurulmuşam dövranıma.Mən də körpə İlhamıma,Deyirəm ki: – Sevin, bala,Bəzəyisən evin, bala!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов