“Ağacı qurd içindən yeyər...”Atalar sözü

– Doğranacaq meşələr!Bu səs hər yerlə axdı.Hürküb körpə ağaclar,Qoca palıda baxdı.

Sardı bütün meşəni,Bir vahimə sükutu.Palıdın qol-budağı,Parçaladı buludu.

– Doğranacaq meşələr!Nalə etdi fidanlar:– İçimizdən kiminsə,Yəqin orda əli var.

Salxım söyüd əlüstü,Tez özünü yetirdi.Meşənin kənarındanBelə xəbər gətirdi:

– Mən nə görsəm yaxşıdır,Xəyanətə baxın bir:Bizi kəsən baltanınSapı bu meşədəndir!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе