Ömür keçir, gün keçir,Saçlarına düşür dən.O mərmər pillələrlə,Gəlib qalxıram hərdən.Sizi görüb ömrümün,Beş ilini anıram.Mən yenə də özümü,Bir tələbə sanıram...Deyirəm, gün gələydi,(sözlərimə inanın!)siz hücum etdiyiniz,elm adlanan qalanınaçarçısı olaydım!Arzular qatar-qatar,Karvan-karvan düzülər.Ömür hana ipidir –Qayım dartma, süzülər...Beş il də çatar başa,On il də, on beş il də...Adın gəzir nəğmətəkNeçə obada, eldə.Qıvırcıq saçlarınaGümüşü tozlar qonar,Qızlara bəslədiyinDuyğuların da donar.Lakin çıxmaz ürəkdənDoğma el məhəbbəti.Bir də ki, şöhrətimiz,Şirin dil məhəbbəti...Odur ki, mən deyirəm.Dünyada öz elimin,Bir də ana diliminİlk carçısı olaydım!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов