Pıçıldaşın, pıçıldaşın, ləpələr!Bəlkə mənə bir sözünüz var sizin?Üç gecədir mənim ömür yoldaşımBuruq qazır qucağında dənizin.

Körpəmizi yatırmışam indicə,Beşiyinə ay nurunu səpələr.Sevgilimdən xəbər verib gizlicə,Pıçıldaşın, pıçıldaşın, ləpələr!

Gecə keçir... ay dolanır üfüqdə,Göy Xəzərin sinəsində meh əsir.Ah... tez olun, darıxıram, ey sular,Müjdə verin, sevən qəlbim tələsir.

Mavi sular, sevgilimə yol verin,Qoy qayıtsın alnı açıq üzü ağ!Çünki qızıl Abşeronun oğlunaBir adətdir zəfərlərlə qayıtmaq.

Pıçıldaşın, pıçıldaşın, ləpələr!Bəlkə təzə bir sözünüz var sizin?Üç gecədir mənim ömür yoldaşımBuruq qazır qucağında dənizin.

Körpəmizi yatırmışam indicə,Beşiyinə ay nurunu səpələr.Sevgilimdən xəbər verib gizlicə,Pıçıldaşın, pıçıldaşın, ləpələr!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви