Qurban olum mən
Dünyanın ən gözəl günüdür bu gün,Çəmənlər laləli, çiçəklər gülgün.Qoy çalıb-çağırsın neçə toy-düyün,Qara gözlərinə heyran olum mən,Doğulduğun günə qurban olum mən.
Sən nə lətafətli, sən nə incəsən?Qol-qanad olmusan hər sevincə sən.Göy göldən dərilmiş qızıl qönçəsən,Bir gülsən, qoy sənə güldan olum mən,Doğulduğun günə qurban olum mən.
Ömürlük sənindir eşqim, sevgilim,Səninlə gülzara dönür hər ilim.Sən tazə-tər yaşa, solma, ey gülüm,Qoy sənin yerinə xəzan olum mən,Doğulduğun günə qurban olum mən...
Kitabxana.az · https://kitabxana.az/ru/works/islam-seferli-qurban-olum-men
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Ey ağalar, məni neyçün qınarsız,Nə müddətdir mən o yarı gormənəm.
Əcəl gəlincə sən gəldinTəzə ili tək keçirdim,yuxuma gecə sən gəldin.
BismillahQaşına yazılmış sətir bismillahHəbibin surəsi nəsrun minəllah
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.