Səngərsiz döyüş
Yadımdan çıxmayır döyüş günləri,Azı min səngərə sinə gərmişəm.İllər dolansa da o vaxtdan bəri,Elə bil cəbhəni dünən görmüşəm.
Elə cəbhələr ki, qanlı-qadalı,Elə hücumlar ki, dastana sığmaz.İndisə istərdim şair xəyalıSəngərsiz döyüşdə səngisin bir az.
Göyə qaldırsa da insanı xəyal,Torpağın üstədir onun ayağı.Səhərdən hücuma keçib bir mahal,Əllərdə silah yox, yarış bayrağı.
Şəfəqlər sayrışır, gülür dağ döşü,Hər kəs bir xatirə gətirir yada.Mən belə hücumu, belə döyüşü,Düzü, görməmişəm hələ dünyada.
Bayraqlar sancılır qaralan şuma,Əllərdə hərarət, üzlərdə gülüş.Xalqımız inamla keçib hücuma,Gedir hər tərəfdə səngərsiz döyüş!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/islam-seferli-sengersiz-doyus
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bu zalım dünyada simsar tapmadım,Hər yerdə dayağım oldun, ay bacım!
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Mürəbbə: Quberniya bina olandan bəriQuberniya bina olandan bəriOğrunun hər biri bir xanə dönüb
SamavarMən səni çox sevirəm,Bilirsən halım, samavar!