Döyüşçünün xəyalı
Mən indi uzaqda... Cəbhələrdəyəm,Qarşımda boz otlar, gen səhralar var...Məni qərq edəndə uçqun xəyallarElə zənn edirəm sanki evdəyəm...Anam xalı salmış, sən çay qoyursanÇiçəkli eyvana baxır... Baxıram...Çaydan dəmləyirsən, limon kəsirsən,Mən isə köksünə bir gül taxıram.Odlu baxışların çevrilir bəri.O bir cüt ilahi, mavi gözləri –Süzürəm... Od tutub alışır könülYasəmən kolunda bir sona bülbül –Oxuyur... Mən isə siyah zülfünüSevib oxşayıram sakitanə, lalBu zaman bir mərmi düşür yaxınaMəni gül eyvandan ayırır xəyal...
Yenə cəbhə boyu əsir küləklər,Görürəm kimsəsiz bir səngərdəyəmFikrimi çuğlamış təmiz diləklərMənsə uzaqlarda... cəbhələrdəyəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/islam-seferli-doyuscunun-xeyali
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
Səmadan ağır-ağırSəmadan ağır-ağırDənizə yağış yağır.
مؤذن پسری تازه تر از لاله مرورنگ رخش آب برده از خون تذرو
Dedim, ey sərvi-rəvan, gül kimi xəndan gəzməDedim, ey sərvi-rəvan, gül kimi xəndan gəzmə,Eyləyib laləsifət bağrımı gəl qan, gəzmə.