Ay göylərə keşik çəkir,Mən – yurdumun növrağına.Bu gecə də tək çıxmışam,Xan Arazın qırağına.

Sərhədçiyəm, nəzərimdəAğır gəlib keçir axşam.Bir yovşanı yana əyib,Üzərində uzanmışam.

O sahil də, bu sahil də,Yenə dərin sükutdadır.Mən otların içindəyəm,Ay da hələ buluddadır.

Boylanıram yan-yörəmə,Nə səs gəlir, nə də hənir.Bu boz payız gecəsində,Təkcə Araz ləpələnir.

Düşünürəm, gecə keçir...Yummasam da gözlərimi,Mən xəyalən seyr edirəm,Çöllərimi, düzlərimi...

...Elə bil ki, kəndimizin,Üstündəki qızıl qaya.Öz sehrli kölgəsini,Sahil boyu salıb çaya.

Düşünürəm: əziz anam,Ağbirçəkli qoca qarı.Şir böyüdür bağçadakı,Bizim körpə balaları.

Elə bil ki, dolaşıram,Yaxın-uzaq yerləri mən.Vətən eşqi bulaq kimi,Axıb keçir ürəyimdən...

Üfüqlərdə dan ağarır,Üz-gözümdə gümüş qırov.Bir səs deyir: – Mürgü vurma,İrəli bax, yuxunu qov!

Mən baxıram, boylanıram,Sərhəd boyu sağa-sola.Yaxın kəndin adamları,Dəstə-dəstə çıxır yola.

Tarlalarda iş qaynayır,Damarlarda zəhmət qanı.De, kim sevməz canı kimiBu sevimli gülüstanı?

Neçə zavod tüstülənir,Neçə bina qalxır göyə.Düşünürəm: “Bir şərəfdirKeşik çəkmək bu ölkəyə!”

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов