Xəzərin ağ şanısı,Bağların nişanlısı.Qızıl qumda yaqutum,Qızılım,Alışanım,Qoşa şanım.

NəqarətGünəşin ilk zəri,Bakının cövhəri,Abşeron nabatı,Bağların şəkəri,Meynələr ulduzu,Torpağın ülkəri,Qara giləm, ay ağ giləm,Qoşa giləm mənim.

Dadlısan, məzəlisən,Meynələr gözəlisən.Yayda şirin nübarım, mirvarim,Alışanım,Qoşa şanım.

Nəqarət

Dənizdən mehlər əssin,Salxımların titrəsin.Dürdanəsən, büllursan, bir nursan,Alışanım,Qoşa şanım.

Nəqarət

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов