Özü vəznsiz adam,Yazısı hecalıdır.Dili ilan dili tək,Yamanca haçalıdır.

Yeni fikir, təzə söz,Ülvi şeriyyətindir.Dili pəltək şairiOxumaq nə çətindir!

Bəzən durub düşünür,Xəyala dalıram mən.Ey onun həmyaşları,Günah sizdədir deyən.

Sümüyünü bərkidib,Qoltuğuna verdiniz.Kif atmış bu nadanıŞairə çevirdiniz.

Ömrünün bu yaşında“Dostları” rəng-rəng olub.Tərif azarı onunCanında xərçəng olub.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов